Məmmədyarov üçün son şans

Məmmədyarov üçün son şans
Berlində keçirilən İddiaçılar turnirinin  13-cü turunda Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Rusiyalı həmkarı Aleksandr Qrişuk üzərində qələbə qazanıb.
Gunaz.az xəbər verir ki, Bununla Məmmədyarovun aktivində olan xalların sayı 7,5-ə çatıb. Hazırda o, Uesli So ilə bərabərliyə qalan Serqey Karyakinlə eyni xalları bölüşür.
Levon Aronyana məğlubiyyət acısı yaşadan Amerikalı şahmat ustası Fabiano Karuana isə vahid liderə çevrilib.
Cin Lijen və Vladimir Kramnik arasında keçirilən şahmat partiyası davam edir.
Qeyd edək ki, turnirin yekunlaşmasına bir tur qalıb.
скачать dle 12.1
Geri qayıt