UEFA-da püşkatmanın nəticələri bəlli oldu — SİYAHI
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Latsio” (İtaliya) - “Dinamo” (Ukrayna)
“Leypziq” (Almaniya) - “Zenit” (Rusiya)
“Atletiko” (İspaniya) - “Lokomotiv” (Rusiya)
“CSKA” (Rusiya) - “Lion” (Fransa)
“Marsel” (Fransa) - “Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya) - “Viktoriya” (Çexiya)
“Borussiya” (Dortmund, Almaniya) - “Zalsburq” (Avstriya)
“Milan” (İtaliya) - “Arsenal” (İngiltərə)
Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları martın 8-də, cavab matçları bir həftə sonra keçiriləcək.