Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub

Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub

Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, artıq yarışda ilk yarımfinalçılar bəllidir.

1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan üz-üzə gəlib. Oyun ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qazaxların ardınca isə Rusiya millisi adını yarımfinala yazdırıb. Şimal qonşularımız meydan sahibləri Sloveniyadan üstün olub – 2:0.

Qeyd edək ki, qitə birinciliyindəki son yarımfinalçılar bu gün bəlli olacaq. Millimiz Portuqaliya ilə, Ukaryna isə İspaniya ilə qarşılaşacaq.

скачать dle 12.1
Geri qayıt