“Qarabağ” Romaya yollanır

“Qarabağ” Romaya yollanır
Bu gün saat 16:00-da “Qarabağ” təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola düşəcək. Çərşənbə axşamı, dekabrın 5-də, burada ağdamlılar yerli “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son oyununa çıxacaqlar.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.
Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq.
Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çəıxışlarını yekunlaşdıracaq.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt