Şahmatçılarımız Avropa çempionu oldu

Şahmatçılarımız Avropa çempionu oldu

Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub.

Gunaz.az xəbər verir ki, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı həmçinin 15 xalla bitirib.

Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.

скачать dle 12.1
Geri qayıt