UEFA "Qarabağ" və "Qəbələ"yə pul ayırdı

UEFA "Qarabağ" və "Qəbələ"yə pul ayırdı
UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.
AFFA-dan  verilən məlumata görə, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt