Azərbaycanda yeni futbol klubu yaradıldı
Azərbaycanda yeni futbol klubu yaradılıb.
GUNAZ.az xəbər verir ki, yeni yaradılan "Masallı" klubuna "Xəzər-Lənkəran"-ın bir neçə oyunçusu da cəlb edilib.
Yeni klub ölkə çempionatında iştirak etmək niyyətindədir. Klubun mətbuat xidmətinin rəhbəri Mirələm Həşimov APA-ya bildirib ki, "Masallı" klubu ölkənin cənubunu təmsil edəcək. Ötən gün klubun təqdimatı olub və bir neçə iş adamı kluba sponsorluq edəcəyini bildirib.
Komanda müvəqqəti olaraq Ərkivan qəsəbəsindəki stadionda məşq edir.