Serbiyalı futbolçu klub prezidenti oldu

Serbiyalı futbolçu klub prezidenti oldu
CSKA-nın serbiyalı futbolçusu Zoran Toşiç "Radnicki" klubunun prezidenti postunu tutub. 
Goal.az-a istinadən xəbər verilir ki,  doğma şəhəri Zrenyanini təmsil edən bu kluba təşkilati və maliyyə dəstəyi verəcək. 1919-cü ildə təsis olunan "Radnicki" ev oyunlarını 1200 nəfərlik "Karacorcev Park"da keçirir. Klub hazırda Serbiya çempionatının 3-cü divizonunda mübarizə aparır. Toşiçdən başqa "Radnicki" yerli hakimiyyət orqanları və dövlətdən də dəstək alacaq. 
Zoran Toşiç 2010-cu ildən "ordu klubu"nun şərəfini qoruyur. Onun cari müqaviləsi iyunun 30-da başa çatacaq. 
 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt