Boksçumuz İslamiada ilə vidalaşdı

Boksçumuz İslamiada ilə vidalaşdı
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimizin üzvü Elvin İsayev mübarizəyə 1/4 final mərhələsindən qoşulub.
64 kq çəki dərəcəsində qüvvəsini sınayan 25 yaşlı idmançı ilk qarşılaşmada özbəkistanlı Aliyor Noraliyevlə döyüşüb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt