“Araz-Naxçıvan” rəqiblərini Qəbələdə qəbul edəcək
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək.
GunAz.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, "Araz-Naxçıvan" daha əvvəl oyunlarını Mərdəkanda yerləşən "Liv Bona Dea Arena"da keçirirdi.
