Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək
“Mançester Yunayted”in əfsanəvi futbolçusu Kriştianu Ronaldo karyerasında yeni səhifə açmağa hazırlaşır.
GunAz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, portuqaliyalı ulduz Britaniya futbolundan bəhs edən yeni televiziya dram serialında rol alacaq.
Layihədə “Arsenal” və Fransa futbolunun əfsanəsi Tyerri Anrinin də yer alacağı gözlənilir.
Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı Ronaldo “Day 1s” adlı yeni dram serialında rol almaqla yanaşı, layihənin icraçı prodüserlərindən biri kimi də fəaliyyət göstərəcək.
Futbolçu yeni layihə ilə bağlı açıqlamasında bunun onun üçün həyəcanverici bir mərhələ olduğunu bildirib: “Bu, mənim üçün həyəcanverici bir fəsildir. Qarşıda yeni layihələr gözləyirəm”.
Serial Britaniya futbolunun pərdəarxası dünyasını daha real və dramatik şəkildə təqdim etməyi hədəfləyir. Layihənin “Ted Lasso” kimi futbol mövzulu komediya seriallarından fərqli olaraq, daha ciddi və realist üslubda hazırlanacağı bildirilir.
Çəkilişlərin artıq İngiltərənin “Barnet” klubunun stadionunda başladığı qeyd olunur.
Layihədə Ronaldodan başqa, “Arsenal”ın və Fransa millisinin keçmiş ulduzu Tyerri Anrinin də rol alacağı gözlənilir. Serialın aktyor heyətində britaniyalı reper Deyv və yeni istedad Karlotta Banat da yer alır.
Ronaldonun aktyorluq fəaliyyəti məşhur rejissor Metyu Vonla əməkdaşlığının bir hissəsidir. “Kingsman” franşizası ilə tanınan Von Ronaldonun istehsal şirkəti “UR Marv Studios” ilə birlikdə əyləncə sektorunda yeni layihələr üzərində çalışır.
Von Ronaldonun futbol meydanında yaratdığı hekayələrin onunla birgə kino və televiziya layihələrinə ilham verdiyini bildirib.
Futbolçu son illərdə yalnız idman fəaliyyəti ilə deyil, biznes və media layihələri ilə də diqqət çəkir. Yeni serial onun qlobal brendini əyləncə sektoruna da daşımaq cəhdi kimi qiymətləndirilir.