“Kəpəz” Urfan Abbasovu transfer etdi

“Kəpəz” Urfan Abbasovu transfer etdi
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferi rəsmiləşdirib.
GunAz.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb.
Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Urfan Abbasovun son klubu “Araz-Naxçıvan” olub. O, ötən mövsüm ərzində ümumilikdə 26 oyunda meydana çıxıb.
скачать dle 12.1
Geri qayıt