Çempionlar Liqasında günün NƏTİCƏLƏRİ
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün bir sıra maraqlı qarşılaşmalar keçirilib.
GunAz.az bildirir ki, Türkiyə təmsilçisi "Fənərbağça" doğma meydanda Polşanın "Qornik Zabrze" komandası ilə üz-üzə gəlib. İstanbul klubu rəqibini 1:0 hesabı ilə məğlub edib.
Görüşdə yeganə qolu Anderson Talişka vuraraq komandasına vacib qələbə qazandırıb. Tərəflər arasında cavab qarşılaşması gələn həftə keçiriləcək.
Azərbaycanı turnirdə təmsil edən "Sabah" isə Masazırda Finlandiyanın "KuPS" klubunu minimal hesabla məğlub edərək növbəti mərhələ uğrunda üstünlük əldə edib.
Günün digər oyunlarında da maraqlı nəticələr qeydə alınıb. Gürcüstanın "İberiya 1999" komandası "Slovan Bratislava"ya 0:2 hesabı ilə uduzub. İsveç təmsilçisi "Myallbi" "Linkoln Red İmps" üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Ermənistanın "Ararat-Armeniya" klubu isə "Şemrok Rovers"u 2:0 hesabı ilə məğlub edib.
Ətraflı
Danimarkada keçirilən oyunda "Orhus" öz meydanında Polşanın "Lex" komandasına 1:4 hesabı ilə uduzub. İsveçrənin "Tun" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçirilən görüş isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Avstriya təmsilçisi "Şturm Qrats" Şotlandiyanın "Harts" klubunu 4:0 hesabı ilə darmadağın edib. "Klaksvik" - "Kauno Jalqiris" matçında qalib müəyyənləşməyib (0:0). Serbiyanın "Srvena Zvezda" komandası səfərdə "Larn"ı 4:0 hesabı ilə məğlub edib. Günün son qarşılaşmalarından birində isə "Vikinqur" "Hapoel Beer-Şeva" üzərində 2:1 hesablı qələbəyə sevinib.