Messi DÇ-də rekordlarını yenilədi, tarixə düşdü

Messi DÇ-də rekordlarını yenilədi, tarixə düşdü
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının 1/2 finalında İngiltərə üzərində 2:1 hesablı əzmkar qələbədə növbəti dəfə tarixi rekordlarını yenilədi.
GunAz.az xəbər verir ki, 39 yaşlı hücumçu matçda komandası üçün hər iki qolun ötürməsini verməklə dünya çempionatları tarixində özünə məxsus rekordu yenilədi. İndi onun aktivində 12 məhsuldar ötürmə var.
Argentinalı superulduz daha bir neçə tarixi göstəricini də yenilədi:
 - Dünya çempionatlarında keçirdiyi oyunların sayını 33-ə çatdıraraq bu rekordunu daha da möhkəmləndirdi.
 - Mundiallar tarixində 21 qol və 12 assistlə ümumilikdə 33 qol iştirakına imza ataraq turnir tarixinin ən məhsuldar futbolçularından biri statusunu daha da möhkəmləndirdi.
Lionel Messi həmçinin dünya çempionatlarının yarımfinalında oynayan ən yaşlı (39 yaş 21 gün) futbolçu kimi də tarixə düşdü.
скачать dle 12.1
Geri qayıt