"Sabah"ın qələbəsi UEFA əmsallar cədvəlində Azərbaycanın xalını artırdı
GunAz.az xəbər verir ki, təmsilçimizin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Uelsdə yerli TNS komandası ilə keçirilən cavab qarşılaşmasında 2:1 hesablı qələbə qazanması ölkəmizin aktivinə əlavə 0.250 əmsal xalı yazdırıb.
Bildirək ki, təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür. Beləliklə, ölkəmizin artıq topladığı üç xal dördə bölünüb və 1.000 xal aktivimizə əlavə olunub.
Ümumi reytinqdə son 5 mövsümün nəticəsi toplandığı üçün hazırda Azərbaycan 19.562 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan İsrailin aktivində 20.750 xal, 27-ci yerdə qərarlaşan Slovakiyanın isə 18.312 xal var. Hazırda UEFA əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
Xatırladaq ki, ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən "Qarabağ" və "Zirə" sabah ölkəmizin xal ehtiyatını daha da artıra bilərlər...
