UEFA Çempionlar Liqası: "Sabah" TNS-lə cavab görüşünə çıxır
Bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu səfərdə Uelsin TNS komandası ilə qarşılaşır.
GunAz.az xəbər verir ki, Osvestri şəhərindəki "Park Hall" stadionunda keçiriləcək görüş saat 21:30-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu cütün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Vardar" (Makedoniya) - "KuPS" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
