Belçikadan geri dönüş- 1/8 finala yüksəldi
Belçika millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Seneqal yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, Sietldə keçirilən qarşılaşma Belçikanın əlavə vaxtdan sonra 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı seneqallılar açıb. Komandanın heyətində Habib Diarra 24-cü, İsmaila Sarr isə 51-ci dəqiqədə fərqlənib. Belçika yığması matçın sonlarında geridönüşə nail olub. Romelu Lukaku 86-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb, Yuri Tilemans isə 89-cu dəqiqədə tarazlığı bərpa edib.
Matçın taleyi əlavə vaxtda həll olunub. Yuri Tilemans ikinci əlavə hissəyə artırılan vaxtın 5-ci dəqiqəsində penaltidən vurduğu qolla Belçikaya qələbə qazandırıb.
Belçika millisi 1/8 finalda ABŞ-la qarşılaşacaq.