Fransa və Meksikadan növbəti MƏRHƏLƏYİ KEÇİD
Fransa millisi 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İsveçi məğlub edərək növbəti raunda vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilən qarşılaşma fransızların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolları Kilian Mbappe 45 və 74-cü dəqiqələrdə, Bredli Barkola isə 53-cü dəqiqədə vurub.
Bu qollardan sonra Mbappenin dünya çempionatlarındakı qol sayı 18-ə yüksəlib. Fransa millisinin hücumçusu mundialların bombardirləri siyahısında ikinci pillədə qərarlaşıb. O, yalnız 19 qolla lider olan Argentina millisinin kapitanı Lionel Messidən geri qalır.
Hazırkı dünya çempionatında isə Mbappe və Messi hərəyə 6 qol vuraraq bombardirlər yarışında ilk pilləni bölüşürlər.
Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq.
Meksika millisi 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Ekvadoru məğlub edərək növbəti raunda vəsiqə qazanıb.
GunAz.az xəbər verir ki, Mexiko şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Meksika yığmasının qollarını Xulian Kinyones 22-ci, Raul Ximenes isə 31-ci dəqiqədə vurub. Ekvador millisinin müdafiəçisi Piero İnkapye oyuna əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Moskvanın “Lokomotiv” klubunda çıxış edən meksikalı müdafiəçi Sesar Montes kapitan sarğısı ilə meydana çıxıb və görüşü əvəzlənmədən keçirib. Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Luis Çaves isə ehtiyat oyunçular skamyasında qalıb.
Qeyd edək ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu vaxtdan bir saat gec başlayıb. Buna səbəb Mexikoda müşahidə olunan güclü yağış və ildırım olub.
Meksika millisi 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq. Görüş iyulun 6-na keçən gecə yenidən Mexikoda keçiriləcək.
Meksikalılar 1986-cı ildən sonra ilk dəfə dünya çempionatının pley-off mərhələsinin ilk raundunu uğurla adlayıblar. Həmin mundial da Meksikada keçirilmiş və ev sahibi komanda 1/4 finala qədər irəliləmişdi.