Prezident qələbədən sonra ölkədə istirahət günü ELAN ETDİ

Prezident qələbədən sonra ölkədə istirahət günü ELAN ETDİ
Paraqvay Prezidenti Santyaqo Penya futbol millisinin dünya çempionatında Almaniya üzərində qazandığı qələbədən sonra iyunun 30-nu ölkədə bayram günü elan edib.
GunAz.az bildirir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Paraqvay millisi dünya çempionatının 1/16 final mərhələsində Almaniyanı mübarizədən kənarlaşdırıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə paraqvaylı futbolçular 4:3 hesabı ilə qalib gəliblər.
"Paraqvay heç vaxt təslim olmur. Bu gün bayram günüdür", - deyə Santyaqo Penya bildirib.
Qələbə sayəsində Paraqvay millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə Fransa - İsveç qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
скачать dle 12.1
Geri qayıt