"Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdur". "Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə AZAL-ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb. Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadınız... - Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam. Sizcə, hər şey son turda həll ediləcək? - Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq
.Qələbəyə rəğmən, əhvalınız yoxdur sanki...
- Niyə sevinməliyəm ki? Komandanız 4:0 hesabıyla qalib gəlib... - Komanda bu qələbələri çoxdan qazanmalı idi.