Avropa Çempionuna 1 Milyon Manatlıq Mükafat!
Azərbaycan minifutbolu tarixi zəfərindən sonra dövlət səviyyəsində ən yüksək mükafatını aldı.
GunAz.az xəbər verir ki, Prezident İlham Əliyev milli yığmanın 2026-cı il Avropa çempionluğu münasibətilə Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalayıb.
Konstitusiyanın 109-cu maddəsinə əsasən imzalanan qərara görə, ayrılan irihəcmli vəsait dövlət büdcəsindəki Prezidentin ehtiyat fondundan təmin olunacaq. Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə sərəncamdan irəli gələn texniki prosesləri operativ həll etmək tapşırılıb
