Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
AZƏRBAYCAN AVROPANIN ƏN GÜCLÜSÜ OLDU – MİNİFUTBOL MİLLİMİZ TARİX YAZDI
Azərbaycan minifutbolu növbəti tarixi uğuruna imza atıb. Slovakiyanın Bratislava şəhərində keçirilən EMF EURO 2026 Avropa çempionatının finalında Ukrayna yığması ilə qarşılaşan millimiz rəqibini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Bu qələbə Azərbaycan idmanının son illərdə qazandığı ən parlaq nailiyyətlərdən biri kimi tarixə düşüb. Finala qədər inamla irəliləyən komandamız həlledici oyunda da yüksək oyun intizamı, möhkəm müdafiə və səmərəli hücum futbolu nümayiş etdirərək çempionluğa layiq olduğunu sübut edib.
Milli komandamız turnir boyu göstərdiyi oyunla Avropanın ən sabit və güclü kollektivlərindən biri olduğunu təsdiqlədi. Qrup mərhələsindən başlayaraq bütün rəqiblərinə qarşı əzmkar mübarizə aparan futbolçularımız pley-off mərhələsində də uğurlu çıxışlarını davam etdirdilər. Serbiya üzərində yarımfinal qələbəsindən sonra finalda Ukrayna səddini də aşan Azərbaycan yığması Avropa futbol ictimaiyyətinin diqqət mərkəzinə çevrildi.
Bu uğurun arxasında illərdir aparılan sistemli iş, minifutbolun inkişafına göstərilən dövlət və ictimai dəstək, federasiyanın fəaliyyəti və məşqçilər korpusunun peşəkarlığı dayanır. Son illərdə dünya və Avropa səviyyəsində əldə olunan nailiyyətlər təsdiqləyir ki, Azərbaycan minifutbolu artıq qitənin aparıcı məktəblərindən birinə çevrilib.
Çempionluq yalnız idman uğuru deyil, həm də milli qürur mənbəyidir. Minlərlə azarkeş final görüşünü böyük həyəcanla izləyib, Azərbaycan bayrağı isə növbəti dəfə Avropanın zirvəsində dalğalanıb.
Bu qələbə bir daha göstərdi ki, Azərbaycan idmançıları ən yüksək hədəflərə çatmaq iqtidarındadırlar. Minifutbol millimizin qazandığı növbəti Avropa çempionluğu gələcək nəsillər üçün böyük motivasiya mənbəyi olmaqla yanaşı, ölkəmizdə bu idman növünün daha da inkişafına təkan verəcək.
Azərbaycan yenidən Avropanın çempionudur!
Yaşa, Azərbaycan! Yaşa, qalib millimiz!
Bilman İSAQ
скачать dle 12.1
Geri qayıt