“Konyaspor” “Beşiktaş”ı məğlub edərək FİNALA ÇIXDI

“Konyaspor” “Beşiktaş”ı məğlub edərək FİNALA ÇIXDI
Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.
GunAz.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Beşiktaş" öz meydanında "Konyaspor"u qəbul edib.
Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Enis Bardhi 90+8-ci dəqiqədə vurduğu qolla qonaqlara minimalhesablı qələbə qazandırıb.
Qeyd edək ki, "Konyaspor" finalda "Gənclərbirliyi" - "Trabzonspor" cütünün qalibi ilə üz-üzə gələcək.
скачать dle 12.1
Geri qayıt