“Milan” və “Çelsi” İndoneziyada ilk dəfə üz-üzə gələcək

“Milan” və “Çelsi” İndoneziyada ilk dəfə üz-üzə gələcək

İtaliya təmsilçisi "Milan" və İngiltərənin "Çelsi" klubları 2026-cı ilin yayında Asiyada yoldaşlıq oyunu keçirmək barədə razılığa gəlib.

GunAz.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klubların razılaşmasına əsasən, qarşılaşma avqustun 8-də İndoneziyanın paytaxtı Cakarta şəhərində təşkil olunacaq. Oyun yerli vaxtla saat 19:00-da start götürəcək.

Bu komandalar İndoneziya torpaqlarında ilk dəfə qarşılaşacaqlar.

Qeyd edək ki, İndoneziya 40 milyon azarkeşi olan "Milan" fanatlarının sayına görə dünyada üçüncü ölkədir.

скачать dle 12.1
Geri qayıt