Azərbaycan idmançıları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan idmançıları Dünya Kubokunda iştirak edəcəklər
Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan kikboksinqçiləri bəlli olub.
Bu barədə GunAz.az-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov məlumat verib.
Onun sözlərinə görə, mötəbər yarışda ölkəmizi üç idmançı təmsil ediləcək. Bunlar Zöhrab Əzimov, Elvin Məmmədov və Qəşəm Məmmədovdur. Onlar müvafiq olaraq, aprelin 9, 10 və 11-də mübarizəyə qoşulacaqlar.
Dünya Kubokuna aprelin 12-də yekun vurulacaq.
скачать dle 12.1
Geri qayıt