Millimiz FİFA-nın turnirinin qalibi oldu

Millimiz FİFA-nın turnirinin qalibi oldu
Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
GunAz.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşıb.
Bu görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilıb.
Oyun saat 19:00-da başlayıb.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib.
Millimiz matça aşağıdakı heyətlə çıxıb:
Azərbaycan: 12. Aydın Bayramov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 21. Qismət Alıyev, 10. Aleksey İsayev, 13. Emil Səfərov, 8. Emin Mahmudov (k), 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov
Baş məşqçi: Ayxan Abbasov
***
Matç başladı.
Syerra Leone hesabı açdı.
28-ci dəqiqədə Daniel Kanu fərqləndi.
İlk hissə başa çatdı.
İkinci hissə başladı.
Azərbaycan millisi hesabı bərabərləşdirdi.
Rahil Məmmədov 72-ci dəqiqədə akrobatik zərbədən vurduğu gözəl qolla hesaba tarazlıq yaratdı.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdı.
Matçın qalibi penaltilərdə müəyyənləşıb
Azərbaycan yığması penaltilərdə 9:8 hesabı ilə qalib gələrək “FİFA Series” turnirinin qalibi oldu.
скачать dle 12.1
Geri qayıt