"Qarabağ"-"Kopenhagen" oyunu Sərdar Gözübüyükə həvalə olundu

"Qarabağ"-"Kopenhagen" oyunu Sərdar Gözübüyükə həvalə olundu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında Bakıda keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
GunAz.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Niderlandan olan FIFA referisi Sərdar Gözübüyükə həvalə olunub.
Ona Erşin Zeinstra, Patrik İnia, Jannik Van Der Laan kömək edəcək. VAR-da Rob Diperink, AVAR-da isə Jeroen Mansçot əyləşəcək.
Qeyd edək ki, "Qarabağ"-"Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
скачать dle 12.1
Geri qayıt