Naxçıvanlı karateçilər ölkə çempionatında uğur qazanıblar
13–14 sentyabr 2025-ci il tarixlərində Abşeron Olimpiya İdman Kompleksində şotokan karate üslubu üzrə XXXIII ölkə çempionatı keçirilib.
GunAz.az Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yarışda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Qazax, Şəki, Ucar, Lənkəran, Salyan, Naxçıvan Muxtar Respublikası və digər regionlardan 30-a yaxın klubun tərkibində 400-ə qədər idmançı iştirak edib.
Muxtar respublikanı yarışda “Naxçıvan” Karate Klubundan baş məşqçi Taryel Bağırovun rəhbərliyi ilə 6 idmançı təmsil edib, nəticədə 1 qızıl və 3 gümüş medal qazanmağa müvəffəq olublar.
İdmançılardan ən yaxşı nəticə Fatimə Bağırzadəyə məxsus olub. 10–11 yaş qızlar arasında -36 kq çəki dərəcəsində çıxış edən Fatimə 1-ci yeri tutaraq qızıl medal qazanıb. Klubun digər üzvlərindən Elgün Zeynalov (16–17 yaş, -68 kq çəki), Güllər Hüseynova (14–15 yaş, +61 kq) və Sona Nəcəfbəyli (8–9 yaş, -28 kq) gümüş medal əldə ediblər.

Rövşən MƏRD