"Benfika" - "Qarabağ" oyunu üçün bilet qiymətləri

"Benfika" - "Qarabağ" oyunu üçün bilet qiymətləri
UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək "Benfika" - "Qarabağ" oyunu üçün bilet qiymətləri müəyyənləşib.
Gunaz.Az Milli.az-a istinadən bildirir ki,  bu barədə Portuqaliya klubunun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, biletlər 40-60 avro aralığında satışa çıxarılacaq. Satış prosesi sentyabrın 5-dən başlanacaq, lakin VIP sektorların qiyməti hələ açıqlanmayıb.
Xatırladaq ki, görüş sentyabrın 16-da Portuqaliyada baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşma qrup mərhələsinin ilk turu olacaq.
скачать dle 12.1
Geri qayıt