"Real" iki əsas heyət oyunçusu ilə müqavilə müddətini uzatmağa hazırlaşır. Daniel Karvaxal və Marselo mövsümün sonunda kral klubu ilə yeni sazişə imza atacaqlar. Hər iki futbolçunun cari müqaviləsi 2020-ci ilin yayında bitir. Yeni anlaşmanın şərtlərinə əsasən, Karvaxal və Marselonun müqavilə haqları 2022-ci ilə kimi "Real"a məxsus olacaq. İspaniya mətbuatında çıxan son xəbərlərə inansaq, Kərim Benzema da yaxın vaxtlarda sazişini uzadacaq.