“Kəpəz”dən yeni transfer
“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.GunAz.az xəbər verir ki, portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeşlə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı futbolçunun son klubu vətənində “Boavişta” olub.
