Ağ Evdə UFC döyüşü keçiriləcək

Ağ Evdə UFC döyüşü keçiriləcək ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.
GunAz.az bu barədə TASS-a istinadən xəbər verir.
O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: “Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur”.
Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.
Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

скачать dle 12.1
Geri qayıt