Millimizin üç üzvündə koronavirus aşkarlandı

GunAz.az-ın Teleqraf-a istinadən verdiyi xəbərə görə, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.
Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub. Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.
Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək, dünya çempionu olub.