Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha 3 veteran cüdoçusu Avropa çempionu oldu Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.
GunAz.az  xəbər verir ki, təmsilçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıblar.
M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub.

скачать dle 12.1
Geri qayıt