AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı

AFFA bu komandanı yarışlardan uzaqlaşdırdı AFFA “Hindarx” (Ağcabədi) klubunun U-13 və U-14 Liqalarında çıxış edən komandalarını yarışlardan kənarlaşdırıb.
Buna komandaların heyətlərində lisenziyası saxtalaşdırılmış futbolçuların aşkar edilməsi səbəb olub.
Həmin futbolçuların 2024/2025 mövsümündə meydana çıxdığı bütün oyunlarda komandalarına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa, “Hindarx” komandasının rəsmisi Samiq Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 6 ay müddətinə futboldan uzaqlaşdırılıb.

скачать dle 12.1
Geri qayıt