“Qarabağ”ın matçının hakimləri açıqlandı

GunAz.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.
Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Radu Petresku olacaq. Ona Radu Cinqulaç və Mirça Mixail Qriqoriu yardımçı olacaqlar. Dördüncü hakim fünksiyasını isə Marsel Birsan icra edəcək.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu yanvarın 30-da keçiriləcək.