Növbəti Formula 1 üçün bilet satışına start verildi

GunAz.az xəbər verir ki, biletlər bu gündən etibarən satışa çıxarılıb.
Azarkeşlər biletləri www.azerbaijangp.com saytından əldə edə bilərlər. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər əldə etmək mümkündür. Güzəştli biletləri yalnız fevralın 5-dək almaq mümkün olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzmək imkanı əldə edəcək.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək.