Avropada yay “transfer pəncərəsi” bağlandı - Ən çox kim pul xərclədi?

GunAz.az xarici mətbuata istinadən xəbər verir ki, bu yay transferlərə ən çox pul xərcləyən 261 milyon avro ilə London “Çelsi”si olub.
Mövsümün ən bahalı transferi isə Julian Alvarezin 82 milyon funt sterlinqə “Mançester Siti”dən “Atletiko Madrid”ə keçididir.
Xatırladaq ki, Avropada qış transfer pəncərəsi 2025-ci il yanvarın 1-2-i tarixlərində açılacaq və 3-4 fevral tarixlərinə qədər davam edəcək.