Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirildi

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirildi Parisdə 2024-cü il XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub.
GunAz.az xəbər verir ki, tədbir şəhərin mərkəzi küçələrində keçirilib.
Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Parad Yelisey meydanı boyunca Konkord meydanına qədər keçirilib. Marşrut boyu idmançıları 65 minə yaxın tamaşaçı qarşılayıb.
Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıb.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.
скачать dle 12.1
Geri qayıt