“Qalatasaray” ÇL ilə vidalaşdı

GunAz.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Türkiyə “Qalatasaray”ı İsveçrə “Younq Boyz”u ilə bu dəfə İstanbulda qarşılaşıb. Görüşdə “Younq Boyz” 0:1 hesablı qələbəyə sevinib. Bu komandalar arasında ilk oyunda “Younq Boyz” 3:2 hesabı ilə qalib gəlmişdi. İsveçrə klubu ümumilikdə 4:2 hesablı qələbə ilə liqa mərhələsinə vəsiqə qazanıb. “Qalatasaray” isə yoluna Avropa Liqasının qrup mərhələsində davam etməli olacaq.
Həmçinin bu gün “Sparta” və “Zalsburq” da əsas mərhələyə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00. “Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) - 0:1
Qol: Vircinius, 87
Qırmızı vərəqə: Fernando Muslera, 88 (“Qalatasaray”)
İlk oyun 2:3