Paris-2024: Həsrət Cəfərov 1/4 finala yüksəldi

Paris-2024: Həsrət Cəfərov 1/4 finala yüksəldi Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
GunAz.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.
Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

скачать dle 12.1
Geri qayıt