Messi siyahıda birincidir

Messi siyahıda birincidir “Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “21-ci əsrin ən yaxşı futbolçusu” seçilib.
GunAz.az xəbər verir ki, bu haqda siyahını məşhur idman nəşri ESPN müəyyənləşdirib.
Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tutub.
“Barselona” və “Arsenal”ın sabiq hücumçusu Tyeri Anri üçüncü, “Real Madrid”in və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan dördüncü, xorvatiyalı Luka Modriç isə beşinci yerdə qərarlaşıb.

скачать dle 12.1
Geri qayıt