Avro-2024: Ukraynadan möhtəşəm geridönüş

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Slovakiya və Ukrayna yığmaları üz-üzə gəlir.
GunAz.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Oyunun 17-ci dəqiqəsində Sloavkiya yığmasının hücumçusu İvan Şrants hesabı açdı - 1:0
Şaparenko 54-cü dəqiqədə Ukraynanın bərabərlik qolunu vurdu: 1-1.
Yaremçuk görüşün 80-ci dəqiqəsində Ukraynanı hesabda önə çıxardı: 1-2.
Ukrayna Slovakiyanı 2-1 məğlub edərək qrupda ilk 3 xalını əldə etdi.