Bu gün 3 matç var - AÇ-2024

Bu gün 3 matç var - AÇ-2024
Xəbər verdiyimiz kimi, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.
GunAz.az xəbər verir ki, 8-ci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Belə ki, ilk oyun Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında olacaq.
D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində üz-üzə gələcəklər. Günün son matçında Niderland ilə Fransa qarşılaşacaq.
AÇ-2024
21 iyun
II tur
17:00. Slovakiya - Ukrayna
20:00. Polşa - Avstriya
23:00. Niderland - Fransa
скачать dle 12.1
Geri qayıt