Məşhur idmançı və deputat islam dinini qəbul etdi

Məşhur idmançı və deputat islam dinini qəbul etdi
Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson İslamı qəbul edib.
GunAz.az xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib.
Monson çərşənbə günü Moskvada şəhadəti (İslamı qəbul etmə şəhadətnaməsi) elan edib.
“Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır”, – Monson deyib.
Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.
Monson daha əvvəl 2018-ci ildə ABŞ vətəndaşlığından imtina etdi, Rusiya Federasiyasının vətəndaşı oldu. 2023-cü ilin sentyabrında “Vahid Rusiya” partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.
скачать dle 12.1
Geri qayıt