Millimiz Avropa çempionatının 1/4 finalında!

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.
GunAz.az xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.
Millimizin 1/4 finaldakı rəqibi Qazaxıstan millisi olacaq.