Tarixdə ilk dəfə

Tarixdə ilk dəfə “Jirona” İspaniya La Liqasının 32-ci turunda evdə “Kadis”lə üz-üzə gəlib.
GunAz.az xəbər verir ki, görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə “Jirona” növbəti mövsümdə avrokuboklara vəsiqəni təmin edib.
“Jirona” La Liqada 2023/2024 mövsümünün bitməsinə 6 tur qalmış turnir cədvəlində 68 xalla 3-cü yerdədir. Sıralamaya və qazanılan xallara əsasən, mövsümün sonunadək bu komandanın ilk “6-lıq”dan aşağı pilləyə düşməyəcəyi dəqiqləşib. Bu da Avropa Liqasında iştirak hüququ verir.
Qeyd edək ki, “Jirona” tarixində ilk dəfə Avropa yarışlarında iştirak edəcək. Klub 1930-cu ildə yaradılıb. 94 il ərzində komanda İspaniyanın yüksək divizionunda cəmi 4 mövsüm keçirib.
скачать dle 12.1
Geri qayıt