“Qarabağ”ın top komandaların reytinqindəki mövqeyi açıqlandı

“Qarabağ”ın top komandaların reytinqindəki mövqeyi açıqlandı
Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
GunAz.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.
 
Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. “Qarabağ” 293 xalla siyahıda 65-cidir.
Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundakı heç-heçədən (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib.
“Neftçi” 27 xalla 240-cıdır. “Sabah” 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. “Qəbələ” 5 xalla 367-cı yerdə qalıb.
Qeyd edək ki, siyahıya 2444 xala malik “Real” başçılıq edir.
скачать dle 12.1
Geri qayıt