Ronaldu millinin ilk oyununu buraxacaq

Ronaldu millinin ilk oyununu buraxacaq
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İsveçə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.
GunAz.az xəbər verir ki, yığmanın baş məşqçisi Roberto Martines 39 yaşlı hücumçunu qarşılaşma üçün 23 nəfərlik heyətə daxil etməyib.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən təcrübəli forvardın Sloveniya ilə yoldaşlıq matçından əvvəl kollektivə qoşulacağı vurğulanıb.
Qeyd edək ki, Portuqaliya millisi martın 21-də İsveç, beş gün sonra isə Sloveniya ilə üz-üzə gələcək.
скачать dle 12.1
Geri qayıt