2023-cü ilin ən yaxşı gənc futbolçusu bəlli oldu

Bu ada mövsümün əvvəlindən Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellingem layiq görülüb.
20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.